DQMK yeni müsahibə elan etdi! | Təhsil Elanları
DQMK yeni müsahibə elan etdi!
Bölmə:Dövlət qulluğu 4500 dəfə oxunub
10.06.2015

Tehsil.im xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə və müsahibə elan edir. Ümumi müsahibədə və müsahibədə iştirak etmək istəyən vətəndaşlar sənədlərini 10 iyun 2015-ci il tarixdən 29 iyun 2015-ci il tarixdə saat 18:00 dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) təqdim etməlidirlər. Müraciət forması şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.

11 sentyabr 2015-ci il tarixdə elan edilmiş ÜMUMİ MÜSAHİBƏ
(SƏNƏD QƏBULU 30 SENTYABR 2015-Cİ İL TARİXİNDƏ BİTƏCƏKDİR)