Rezidenturaya qəbul imtahanları fənlərinə dəyişiklik olacaq | Təhsil Elanları
Rezidenturaya qəbul imtahanları fənlərinə dəyişiklik olacaq
Bölmə:Tələbə qəbulu 576 dəfə oxunub
10.06.2015

Yeni tədris ilindən etibarən baza ali tibb təhsili səviyyəsində Müalicə işi, Pediatriya, Stomatologiya, Tibbi-biologiya və Tibbi-profilaktika istiqamətləri üzrə rezidenturaya qəbul imtahanın I mərhələsi üçün yeni fənlər əlavə olunub.
Belə ki, bütün istiqamətlər üzrə baza fənlərinə Histologiya fənninin əlavə edilməsi nəzərdə tutulub.
Bununla yanaşı Tibbi-biologiya istiqaməti üzrə baza fənləri sırasına İnsan Anatomiyası və Patologiya fənləri, Tibb-profilaktika istiqaməti üzrə isəİnsan Anatomiyası, Patologiya və Farmakologiya fənlərinin daxil edilməsi nəzərdə tutulub.
Əlavə edək ki, Patoloji Fiziologiya və Patoloji Anatomiya fənləri Patologiya fənni adı altında birləşdiriləcək.