Yüksək bal toplayacaq tələbələrə - ŞAD XƏBƏR
Bölmə:Xəbərlər 1185 dəfə oxunub
Bölmə:Xəbərlər 1185 dəfə oxunub
03.06.2015
Azərbaycan Dövlət İqtisad Universiteti 600-dən yuxarı bal toplayan tələbələrə əlavə təqaüd verəcək.
Universitetdən verilən məlumata görə, ADİU-nun Elmi Şurasının qərarına əsasən, təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarında 600-dan yuxarı bal toplayaraq, 1-ci kursa daxil olan hər bir tələbəyə universitet hesabına əlavə təqaüd veriləcək. 2015-2016-cı tədris ilinin ilk semestri müddətinə təyin olunacaq təqaüdün məbləği 100 manat müəyyən edilib.
Eləcə də, universitetdə qəbul edilmiş digər qərara uyğun olaraq, hər bir kurs üzrə ən çox bal toplayan 15 tələbəyə ikinci əlaçı təqaüdü veriləcək. Məqsəd ADİU tələbələrinin təhsilə olan maraqlarının stimullaşdırılmasıdır.