Kollecə qəbul qaydaları dəyişdirilib
Bölmə:Tələbə qəbulu 619 dəfə oxunub
Bölmə:Tələbə qəbulu 619 dəfə oxunub
26.05.2015
Bu ildən Azərbaycanda kollecə qəbul qaydaları dəyişdirilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən xəbərə görə, bu ildən etibarən əvvəlki illərdə olduğu kimi I, II, III və IV ixtisas qruplarının hər hansı biri üzrə imtahanda iştirak edib toplanılan bala əsasən kolleclərin müsabiqəsində iştirak etmək mümkün deyil.
Bu il tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (texnikumlara) qəbul cari ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq. Orta məktəbi əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən və 11 illik bazada kolleclərə qəbul olmaq istəyən abituriyentlər üçün isə iyulun 2-də buraxılış imtahanları səviyyəsində qəbul imtahanı keçiriləcək.