Yeni ali məktəb yaradıldı - SƏRƏNCAM | Təhsil Elanları
Yeni ali məktəb yaradıldı - SƏRƏNCAM
Bölmə:Xəbərlər 1298 dəfə oxunub
16.05.2015

Azərbaycan Prezidenti İlham Əliyev İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılması haqqında sərəncam imzalayıb.
 
Tehsil.im-in məlumatına görə, sərəncamda deyilir ki, Azərbaycan Respublikasında tibb təhsilinin təkmilləşdirilməsi və dünyanın nüfuzlu ali tibb məktəbləri ilə əlaqələrin genişləndirilməsi, eləcə də Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyasının tibb təhsili müəssisələrində oxumaq istəyi respublikada tanınmış bir universitetin filialının yaradılması zərurətini meydana çıxarıb. İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti rəhbərliyinin Bakı şəhərində universitetin filialının yaradılması ilə bağlı təklifi də nəzərə alınıb.
 
Sərəncama əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti filialın yaradılması və onun maddi-texniki bazasının təşkili ilə bağlı məsələləri həll edəcək. 2015/2016-cı tədris ilindən başlayaraq İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının fəaliyyətini təmin etmək məqsədilə dövlət sifarişi əsasında tələbə qəbulu planı üzrə yerlərin ayrılması ilə bağlı zəruri tədbirlər həyata keçiriləcək.