TQDK – buraxılış imtahanlarının keçirilmə qrafikini açıqladı | Təhsil Elanları
TQDK – buraxılış imtahanlarının keçirilmə qrafikini açıqladı
Bölmə:Tələbə qəbulu 754 dəfə oxunub
15.05.2015

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası buraxılış imtahanlarının zonalar üzrə  keçirilmə qrafikini açıqlayıb.

Tehsil.im-in komissiyanın saytına istinadən məlumatına görə, paytaxtın buraxılış sinifləri iyunun 2-də imtahan verəcəklər.

İyunun 6-da Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Mingəçevir, Sumqayıt, Abşeron rayonları üzrə buraxılış imtahanları keçiriləcək.

Naxçıvan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzən məktəblərinin buraxılış sinifləri iyunun 11-də imtahan verəcəklər.

İyunun 16-da isə Lənkəran, Astara, Masallı, Lerik,Yardımlı, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Xocavənd, Füzuli, Beyləqan məktəblərinin buraxılış sinif şagirdləri üçün imtahan keçiriləcək.