İşsizlərə şad xəbər | Təhsil Elanları
İşsizlərə şad xəbər
Bölmə:Xəbərlər 890 dəfə oxunub
14.05.2015

Mayın 15-də Naftalan şəhərində əmək yarmarkası keçiriləcək.

Tehsil.im Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) istinadən xəbər verir ki, tədbir Naftalan şəhər Məşğulluq Mərkəzinin inzibati binasında (N.Gəncəvi küçəsi, döngə 1) təşkil olunacaq.

Əmək yarmarkasında bu şəhərdə fəaliyyət göstərən müəssisələr üzrə 140-a yaxın boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təqdim ediləcək.

Nazirlik bildirir ki, boş iş yeri təqdim edən müəssisələrin nümayəndələrinin də iştirak edəcəyi tədbirdə peşə hazırlığına, müvəqqəti xarakterli və ödənişli ictimai işlərə cəlb olunmaq istəyən şəxslərin qeydiyyatı da aparılacaq.
 
Qeyd edək ki, 2015-ci il üzrə Əmək yarmarkalarına cari ilin mart ayında başlanılıb.Ötən dövrdə Bakının Nəsimi rayonunda və İsmayıllı, Yardımlı, Daşkəsən, Goranboy rayonlarında keçirilən Əmək yarmarkalarında 395 nəfər şəxsə boş iş yerlərinə göndəriş verilib, 22 nəfər peşə hazırlığına cəlb edilmək üçün qeydiyyata alınıb.