Magistraturda təhsil haqları kəskin artıb | Təhsil Elanları
Magistraturda təhsil haqları kəskin artıb
Bölmə:Magistratura 1494 dəfə oxunub
12.05.2015

Magistraturda təhsil haqları kəskin artıb

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) magistraturada ötən il 1200 manat olan kompüter elmləri üzrə illik təhsil haqqı bu il 2 min manata qalxıb. Artım təkcə ADNA-da yox, digər universitetlərdə də müşahidə olunur.

Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin istehlak mallarının ekspertizası və marketinqi faküləsində ötən il 1500 manat olan illik təhsil haqqı yeni tədris ili üçün 1700 manat müəyyənləşdirilib.

Diqqətçəkən məqamlardan biri budur ki, dövlət və özəl ali təhsil müəssisələrində illik təshil haqqı müxtəlif ixtisaslarda az qala eynidir.

İLİ 3 MİN MANAT OLAN İXTİSASLAR…

Xəzər Universitetinin iqtisadiyyat və menecment fakültəsinin məzunu Nərmin İbrahimbəyili magistraturaya qəbul imtahanlarından 81 bal toplayıb. Maliyyə ixtisası üzrə təhsilini magistratura pilləsində davam etdirməyi planlaşdırır:

“Düzü, təhsil haqlarının bu qədər yüksək olacağını bilmirdim. Amma təhsil almaq önəmlidir. Mən özüm işləyirəm. Ona görə bankdan kredit götürüb ildə 3 min manat təhsil haqqını ödəmək hesabına olsa da oxuyacam. Düzdür, çətin olacaq. Amma başqa əlacımız yoxdur”.