Bölmə:Xəbərlər 646 dəfə oxunub
Dolların güclənməsindən faydalanmaq üçün mövqelər tutmağı tövsiyə edib.
ABŞ iqtisadiyyatının 2015-ci ilin birinci rübündə 0.2 faiz ilə proqnozlardan çox aşağı artmasından sonra, Fed-in faizləri daha uzunmüddət aşağı saxlayacağı barədə ehtimallar artmış və dollar indeksi ötən ay İyundan bu yana ilk dəfə düşmüşdü.
Ancaq dünən yaydığı hesabata görə, “Goldman Sachs” inkişafın bu rübdə 2.9%-ə yüksələcəyini gözləyir. Hesabata görə, analitiklər dolların qarşıdakı 12 aylıq prosesdə Avro qarşısında 18% artımla 95 sent, yen qarşısında 8 faiz artımla 130 yen olacağını təxmin edir.
Hesabatda, “Valyuta bazarları bir sinir böhranı (tantrum*) keçirən kimidir. Yaxın zamandakı prosesləri, dollarlarda güclənməyə görə mövqe almaq üçün bir fürsət olaraq görürük” deyilir.
Tantrum: Mənası sinir krizi keçirmək olan tantrum, bazarların hədsiz reaksiyasını xarakterizə etmək üçün istifadə edilir.