Müəllimlərin nəzərinə - Məktəb fənləri azaldıla bilər | Təhsil Elanları
Müəllimlərin nəzərinə - Məktəb fənləri azaldıla bilər
Bölmə:Təhsil Nazirliyi 665 dəfə oxunub
30.04.2015

Azərbaycanda 12 illik təhsillə keçidlə bağlı müzakirələr gedir. Bu sistemə keçidlə bağlı olaraq tədris olunan fənlərin sayı azaldıla bilər.
 
Azərbaycan Təhsil Problemləri İnstitutunda 12 illik təhsil sisteminə keçidlə bağlı aparılan müzakirələrdə fənnlərin birləşdirilməsi təklif olunur. Hazırda Azərbaycanın orta ümumtəhsil məktəblərində ümumi orta təhsil səviyyəsi üzrə tədris olunan fənnlərin sayı 17-dir. Təklif olunur ki, burada da fənnlərin bir neçəsi birləşsin onların sayı 13-ə endirilsin. 
 
Tam orta təhsil səviyyəsi üzrə tədris olunan fənnlərin sayı isə 14-dən 9-a endiriləcək. Təmayüllər üzrə istiqamətlərdə isə humanitar, texniki, təbiət elmləri və digər istiqamətlər üzrə fənnlərin sayının azaldılması da təkliflər arasındadır. 
 
İnstitutun direktor müavini Ənvər Abbasov bunların yalnız təklif olduğunu deyir: “Dünyada prioritet istiqaməti odur ki, təhsil yükü yüngülləşsin. Eyni zamanda uşaqlarda maraq oyatsın, onların marağına uyğun və inteqral olunsun. Bu isə o deməkdir ki, fənnlər əlaqələnməlidir". 
 
12 illik təhsil sisteminə keçidi dünya standartlarına uyğun hesab edən ekspert Etibar Əliyev bu işin mərhələli şəkildə həyata keçirilməli olduğu deyir. Onun sözlərinə görə, 12 illik təhsil sisteminə keçid təhsilin keyfiyyətinə öz müsbət təsirini göstərəcək. Tam orta ümumtəhsil məktəblərinin iki illik pilləsində bu fənnlərin inteqral tədrisi nəzərdə tutulur. İstər humanitar, istərsə də təbiət elmləri fənnləri. Amma12 illik təhsil sisteminə keçidi müəyyən vaxt tələb edir”. 
 
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda strateji hədəf kimi müəyyən olunmuş 12 illik ümumi təhsilə keçid mərhələli şəkildə həyata keçiriləcək. 
 
Bunun üçün mövcud təhsil standart və kurikulumlarının yenilənməli, tam orta təhsil pilləsi təlimin istiqamətləri üzrə bölünməsi, kurikuluma əsaslanan yeni dərsliklərin yaradılmalı, eləcə də şagird və müəllimlərin müvafiq dərslik seçimi təmin olunmalıdır. (ans)