"KomanDost" Lənkəran səfəri / 10 may 2015 | Təhsil Elanları
"KomanDost" Lənkəran səfəri / 10 may 2015
Bölmə:Elanlar 1047 dəfə oxunub
29.04.2015

Əziz gənclər!

"KomanDost"un "Açıq Səma Altında" seminarları davam edir. Bu dəfə yolumuz Cənub İncisi Lənkəranadır. 

Yorğun işdən və dərslərdən yorulanlar, magist imtahanı verib dincəlmək istəyənlər, univeristet imtahanlara öncəsi stress atmaq istəyənlər, yaxın durun, Sizə sözümüz var:

Şəhərin səs-küyündən bezib bir günlük də olsa Xəzərin cənub sahillərində müalicəvi və özünəməxsus qara qum üzərində oturub dənizin mavi dalğalarını seyr edərək interaktiv seminarda iştirak etmək, Lənkəranın məşhur və əvəzolunmaz təndir ləvəngisini dadmaq, əsl Lənkəran çayı içib dincəlmək istəyirsinizsə vaxt itirmədən, elə indi zəng edin və qeydiyyatdan keçin.

Bundan əlavə Sizi çox maraqlı bir proqram gözləyir. Faşizm üzərində qələbənin 70 illik yubileyi münasibətilə 2 dəfə Sovet İttifaqı Qəhrəmanı, General-Mayor Həzi Aslanovun ev muzeyinə səfər edəcəyik, Lənkəran xanı Mirəhməd xanın 1 əsrlik tarixi olan Xan evində qonaq olacağıq. Daha sonra isə dəniz qırağında əsl Lənkəran çayından dəmlənmiş samovar çayı içəcəyik. Və sürprizlər bununla bitməyəcək :)

Nə vaxt? : 10 may 2015-ci il

TURUN PROQRAMI :

07.00 – "Gənclik" metrosunun qarşısında toplanmaq
07.30 – Bakıdan çıxış
09.30 – Salyanda çay fasiləsi və tanışlıq
10.00 -- Salyandan çıxış, yola davam
12.00 -- Lənkəran şəhərinə çatmaq.
12.00- 14.00 – Həzi Aslanovun ev muzeyinə səfər, şəhərdə gəzinti, fotosesiya və s. 
14.00- 15.00 – Günorta yeməyi. Əvəzolunmaz "Cücə-Ləvəngi"
15.00 -16.00 – Mirəhməd xanın ev muzeyinə səfər
16.00 - 17.30 – Dəniz qırağı çay dəstgahı. İnteraktiv seminar
17.30 -19.00 – Əfsanəvi Mafia
19.00 -22.30 – Lənkəran-Bakı yolu

TURUN QİYMƏTİ :

Hər şey daxil cəmi – 28 AZN :)
Son qeydiyyat tarixi: 8 may 2015-ci il

Məbləğə daxildir:

- Hyunday Country markalı rahat avtobusla gediş-gəliş
- Nahar yeməyi və Samovar çayı
- "Qəhrəmanlıq nədir?" interaktiv seminar
- "KomandoS" komando oyunu
- Əfsanəvi "Mafiya"
- Musiqi, rəqs və yeni tanışlıqlar

Qeydiyyatdan keçmək üçün qaynar xəttimizə zəng etməyiniz kifayətdir.

055 433 99 19

Ətraflı məlumat üçün:

Leyla Haciyeva

Təşkilatı dəstək : Dream Group
İnformasiya dəstəyi : Tehsil.im - Təhsil və iş Elanları
Sifarişçi : İnnovativ Təlim Mərkəzi & Refresh Psixologiya Mərkəzi

P.S. Bu bir turizm xidməti deyil. Turun təşkilindən heç bir qazanc nəzərdə tutulmamışdır. Məqsədimiz ətrafımızda olan gənclərin asudə vaxtını səmərəli təşkil etmək və eyni zamanda dost şəbəkəmizi genişləndirməkdir.