AGBank Yay Təcrübə Proqramı | Təhsil Elanları
AGBank Yay Təcrübə Proqramı
Bölmə:Elanlar 1436 dəfə oxunub
25.04.2015

AGBank 2015-ci il Yay Təcrübə Proqramına seçim başlayır!

AGBank Yay Təcrübə proqramı yüksək potensiala malik, xidmət və keyfiyyət yönümlü gənc istedadları cəlb etmək və seçimdən keçirərək Azərbaycan maliyyə xidmətləri bazarının liderlərindən biri olan AGBank-da uğurlu karyera qurmaq imkanı yaradır.

01 iyun tarixindən 31 avqust 2015-ci il tarixinədək 13 həftə ərzində davam edəcək

Təcrübə proqramı İT Layihələri və İT Xidmətləri departamentləri üçün nəzərdə tutulub.

 
AGBank Yay Təcrübə Proqramının üstünlükləri:

-Bütün təcrübəçilərə aylıq əmək haqqı ödəniləcəkdir

-Hər bir təcrübəçi üçün təlimçi ayrılacaqdır

-Təcrübə sistematik inkişaf planı əsasında keçiriləcəkdir

-Təcrübəni uğurla keçmiş Təcrübəçilər daimi işlə təmin olunacaqlar

Namizədlər aşağıda göstərilən tələblərə cavab verməlidirlər:

-İT və əlaqədar fakültələrin yuxarı kurs bakalavr və magistr tələbələri və məzunları
-Qeyd olunan əsas proqramlaşdırma dillərindən birini bilməli: JAVA, C, C++, C#, Visual Basic.
-SQL üzrə baza biliklər
-XML və XSL üzrə biliklər arzuolunandır
-UNIX və UNIX-a oxşar sistemlərlə iş təcrübəsi arzuolunandır
-Yüksək səviyyədə Rus dili bilikləri
-Texniki İngilis dili bilikləri(texniki sənədlərin oxunması)
-Analitik təfəkkür
-Alqoritmik düşüncə tərzi
-Özgə kodunu anlama bacarığı
-Effektiv, yaxşı strukturlaşdırılmış kodu yazma bacarığı,layihənin sənədləşdirilməsi
-İcraedicilik
-Öyrənmə qabiliyyəti
-Məsuliyyət
-Çalışqanlıq
-Bank sahəsində karyera qurmaq istəyi
Ərizələrin son təqdim olunma tarixi: 7 may 2015-ci il.

Müraciət formasını internship@agbank.az elektron ünvanına göndərin