Azərbaycanda magistrlər maaş alacaqlar | Təhsil Elanları
Azərbaycanda magistrlər maaş alacaqlar
Bölmə:Magistratura AMEA 2745 dəfə oxunub
18.04.2015

Azərbaycanda magistratura səviyyəsi üzrə təhsil alan bəzi tələbələr təqaüd deyil, maaş alacaqlar. 
 
Tehsil.im xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasından Trend-ə verilən məlumata görə, bu ildən ilk dəfə olaraq AMEA sisteminə daxil olan institut və elmi müəssisələrə magistratura səviyyəsi üzrə tələbə qəbulu aparılacaq. Həmin tələbələr AMEA-da təhsil aldıqları müddətdə elmi işçi kimi fəaliyyət göstərəcəklər.
 
AMEA-da magistraturada təhsil alan tələbələr Təhsil Nazirliyi sisteminə daxil olan tələbələrdən fərqli olaraq, təqaüd deyil, elmi işçi kimi təqaüddən daha yüksək məbləğdə olan əməkhaqqı alacaqlar. Bununla yanaşı, onların təhsil müddətlərini başa vurduqdan sonra institutlarda elmi işçi kimi fəaliyyətlərini davam etdirməsinə imkan yaradılacaq: “Bununla da onlar həm magistraturada təhsil alacaq, həm də işlə təmin ediləcəklər”.
 
Qeyd edək ki, bu ildən AMEA-da magistraturara qəbul üçün 7 ixtisas - dilşünaslıq, antropologiya, fizika, kimya, biologiya, geologiya, aqronomluq üzrə ümumilikdə 20 plan yeri ayrılıb. Magistraturaya tələbə qəbulu yalnız dövlət sifarişi əsasında aparılır. Proqram seçiminə buraxılmaq üçün minimal 30-50 bal tələb olunur.