Abituriyentlərin nəzərinə!
Bölmə:Tələbə qəbulu 586 dəfə oxunub
Bölmə:Tələbə qəbulu 586 dəfə oxunub
16.04.2015
2 saylı "Abituriyent" jurnalında dərc olunmuş materiala düzəliş
Səh.116
Birinci abzasdakı cümlələrdə "qeyri-müəyyən təsirlik hal" əvəzinə, yanlış olaraq "qeyri-müəyyən yiyəlik hal" ifadəsi işlənib.
Səh.64
I ixtisas qrupu, B variantı, 8 saylı test tapşırığının təhlili zamanı tapşırığın B bəndinə verilən izah əslində belə olmalı idi: B bəndindəki nümunə mürəkkəb cümlədir, çünki hər iki komponentdə xəbərlərin özünəməxsus mübtədası var. Məhz buna görə də, verilən nümunəyə həmcins xəbərli cümlə kimi yanaşmaq olmaz.