Dövlət qulluğuna imtahan verənlərin nəzərinə! - DƏYİŞİKLİK | Təhsil Elanları
Dövlət qulluğuna imtahan verənlərin nəzərinə! - DƏYİŞİKLİK
Bölmə:Dövlət qulluğu 2543 dəfə oxunub
15.04.2015

Test Proqramlarında dəyişikliklər edildi!

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin test imtahanı mərhələsinə hazırlaşmaq üçün tərtib edilmiş Test Proqramlarında dəyişikliklər edilmişdir. Ən əsas dəyişiklik nəticəsində dövlət orqanlarının 6 və 7-ci təsnifat inzibati vəzifələri üçün İnformasiya texnologiyaları üzrə Test Proqramına Microsoft Office PowerPoint 2007 proqramı daxil edilmişdir.

Microsoft Office PowerPoint 2007 proqramının 6 və 7-ci təsnifat inzibati vəzifələri üçün İnformasiya texnologiyaları üzrə Test Proqramına daxil edilməsinə əsas səbəb bu proqramın bütün instansiya dövlət orqanlarında çalışan dövlət qulluqçuları tərəfindən ölkə daxilində və xaricində keçirilən tədbirlərdə təqdimat və çıxışlar zamanı geniş istifadə edilməsi olmuşdur.

Həmçinin aktuallığı nəzərə alınaraq İnformasiya texnologiyaları üzrə hər iki Test Proqramına  “Elektron təhlükəsizlik” mövzusu əlavə edilmişdir.

Test Proqramları ilə yanaşı Məntiqi düşünmə qabiliyyətinin yoxlanılması üzrə izahlı test tapşırıqları nümunələrindən ibarət metodiki vəsait də yenilənmişdir. Vəsaitə test imtahanlarında namizədlərə təqdim oluna bilən yeni test tapşırığı nümunələri daxil edilmişdir.