Media Məktəbi (Kurs / Course) | Təhsil Elanları
Media Məktəbi (Kurs / Course)
Bölmə:Kurslar 951 dəfə oxunub
02.09.2013

“Media Məktəbi” layihəsinə seçim turları başladı


İnnovativ Təlim Mərkəzi tərəfindən təşkil olunan “Media Məktəbi” layihəsi sosial mediaya maraq göstərən şəxlərin sözügedən sahə üzrə lazımı biliklərə yiyələnməsinə şərait yaradır. Layihə mediaya aid olan təlimlərdən, media patronlarla, tanınmış jurnalistlərlə, incəsənət adamları ilə və s. görüşlərdən və təcrübə hissəsindən ibarətdir.

Təlim-Tədris Proqramı:
1. Xəbərçilik
2. Telejurnalistika
3. Radiojurnalistika
4. Online-Media
5. Media Hüququ
6. Fotojurnalistika
7. Nitq Mədəniyyəti
8. Şəxsi inkişafla bağlı dəsr saatları və s.
9. Praktiki dərslər

+ cofe break

+ Kursda iştirak edənlərə "İnno" Endirim Kartları ödənişsiz veriləcək.

“Media Məktəbi” layihəsinin əsas məqsədi gənclərin sosial media və onun yaratdığı imkanlar barəsində məlumatlandırılması, sosial media alətlərindən effektiv istifadə vərdişlərinin formalaşdırılması, sosial təşəbbüslər və layihələrin yeni media resursları ilə inteqrasiyasıdır.
Təlimlərdə nəzərdə tutulan təlimçilərdən başqa həmin sahə üzrə digər peşəkar və gündəmdə olan jurnalistlər tərəfindən də layihə iştirakçılarımıza xüsusi dərslər keçiriləcək.

Media Məktəbin universitetlərin jurnalistika fakultələrindən fərqi budur ki, əvvəla burada tələbələr xüsusi sınaq imtahanlarından sonra qəbul olunacaq. Digər tərəfdən isə, burada tələbələr aktual proseslərin içərisində olmaqla yanaşı, eyni zamanda gündəmdə olan jurnalistlərlə, media nümayəndələri ilə görüşmək şansını əldə edəcəklər.

Kursun müddəti: 2 ay (24 dərs)

Həftədə 3 gün, hər gün 2 dərs.

Ödəniş: 100 AZN (Online Qeydiyyatdan keçənlərə 5%, İNNO kartlarının sahiblərinə isə 15% endirim edilir)

ONLİNE QEYDİYYAT