İlkin fotoqrafiya bilikləri kursu | Təhsil Elanları
İlkin fotoqrafiya bilikləri kursu
Bölmə:Təlimlər / Trainings 2230 dəfə oxunub
15.04.2015

 

Bakı Fotoqrafiya Məktəbi, İnnovativ Təlim Mərkəzi və Dream Group təqdim edir.

İlkin fotoqrafiya bilikləri kursu

Bu kursun köməyi ilə siz fotoqrafiya haqqında ilkin baza biliklərə yiyələnəcəksiniz. Kurs müddətində fotoqrafiyanın tarixi, janrlar, kameralar, foto çəkiliş üçün gərəkli olan qızıl qaydaları öyrənəcək, kameranın funksiyalarını bilib ona sahib olmağı bacaracaqsınız. Həmçinin kursda siz işıq haqqında, günün hansı saatlarında çəkiliş aparmaq lazım olduğunu biləcək, fotoların emalı zamanı gərəkli olan proqram təminatı ilə tanış olacaqsınız. Kurs qrup şəklində keçirilir. Bu isə ona kömək edəcək ki, birlikdə çəkilən fotoları qiymətləndirib müzakirə ediləcək. Kurs nəzəri, praktiki biliklər eləcədə ev tapşırıqları və çəkilən fotoların müzakirəsindən ibarətdir.

Kursun müddəti 1 aydır. Dərslər həftədə 2 dəfə olmaqla keçirilir. Hər dərs müddəti 3 saatdır. Dərslər həftənin Şənbə və Bazar günləri 11:00-dən 14:00-a dək keçiriləcək. Eləcə də dərs saatlarından sonra iştirakçılar təlimçi ilə birlikdə praktiki məşğələ üçün şəhər gəzintisinə çıxacaqdır.

Ilk dərs günü 2 may

Kursda iştirak üçün ödəniş fiziki şəxslər üçün 50 AZN tələbələr üçün 40 AZN-dir.

Dərs vaxtı iştirakçılar “cofee break”lə təmin olunacaqdır.

Kursu uğurla başa vurmuş iştirakçılara SERTİFİKAT veriləcəkdir.

Kursda iştirak üçün gərəkli olan vasitələr:

Forokamera (arzuolunandır)

Qeydlər üçün cib dəftərçəsi və qələm (mütləqdir)

Bu kursa qatılmaqla siz aşağıdakı bilk və bacarıqlara sahib olacaqsınız:

Tarixi Fotoqrafiyanın yaranma tarixi.

Fotoqrafiya sənəti.

İlk foto.

Fotoqrafiyanın texniki inkişaf mərhələləri.

Məşhur fotoqraflar.

Texniki əsaslar

Diafrqama

Pərdə sürəti

İşıq həssaslığı (ISO)

Ağ-balans (white balans)

Fotokameralar

Fotokameraların növləri

Fotokameraya sahiblənmək

Full frame və crop sensor

Fotokameranın rejimləri, menyuları

Manual rejimdə çəkiliş

Obyektivlər

Obteytivlərin növləri

İstifadə qaydaları

Əsas xüsusiyyətləri

Zoom və fix obyektivlər

AF və manual fokuslama

Fokus nöqtələrinin idarə olunması

Kompozisiya

Fotoqrafiyada kompozisiya

Qızıl qaydalar 4 nöqtə prinsipi

Dərinlik prinsipi

İşıq Yönləri

İşıq mənbələri

İşıq növləri

Flash

Elektron Görüntü formatları, istifadə qaydaları və emal üsulları RAW, JPEG TIFF, PSD,DNG

Fotoşəkillərin işlənməsi üçün gərəkli olan proqram təminatları

Digər avadanlıqların istifadə qaydaları

Ştativlər (Tipod)

Monopod

Filtrlər

Kamera və lens təmizlənməsi üçün gərəkli olan vasitələr

Təlimçi:

Bayram İsgəndərov

Fotoqrafiya sahəsində 6 illik təcrübəyə malikdir. Hazırda sərbəst peşəkar fotoqraf olaraq çalışır. 2014-cü ildə Türkiyədə Galata Fotoğrafhanesində “Sənədli Fotoqrafiya Təlimi” kursunu uğurla başa vurub və həmin foto atelyedə işləyib. 2013-cü ildə ATƏTin Bakı ofisi və “British Embassy Baku”nun birgə təşkil etdiyi – “Storytelling in Photojournalism” təlimini müvəffəqiyyətlə başa vurub.

2006-2010-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və incəsənət Universitetinin Kinoşünaslıq ixtisası üzrə bakalavr təhsili alıb. 2013-2015-ci ilə GIPA (Georgian Institute of Public Affairs - Gürcüstan İctimaiyyətlə Əlaqələr İnstitutu ) və Qafqaz Jurnalistika və Media Menecment Məktəbinin dəstəyi ilə Jurnalistika və Media menecment ixtissası üzrə Magistr təhsili alıb. Müxtəlif illərdə yerli mətbuat orqanlarında stajlı və sərbsət fotoqraf olaraq əməkdaşlıq edib. Eləcə də xarici media qurumları ilə sərbəst olaraq işləyir.

QEYDİYYAT LİNKİ: 

Əlaqə telefonu: 055 433 99 19

Ünvan: Mustafa Sübhi 20 (M.İçərişəhər, Təzə Pir Məscidi ilə üzbəüz, 150 nömrəli məktəbin yanı)