"Natiqlik Master Klass" / Nabran / 25 aprel | Təhsil Elanları
"Natiqlik Master Klass" / Nabran / 25 aprel
Bölmə:Elanlar 2222 dəfə oxunub
13.04.2015

Əziz gənclər! Əylənərək öyrənmək mövsümünü açıq elan edirik. İlk səfərimiz füsunkar təbiətli ölkəmizin şimalınadır.

Yorğun işdən və dərslərdən yorulanların nəzərinə:

Şəhərin səs-küyündən bezib Nabran meşəsində bulaq suyu ilə hazırlanan samovar çayı içib, xüsusi reseptlərlə hazırlanmış "Kabab Party"ni dadmaq eləcə də "Natiqlik Məktəbi"nin təlim komandasının xüsusi olaraq hazırladığı "Natiqlik Master Klass" interaktiv seminarının iştirakçısı olmaq istəyirsənsə vaxt itirmə, elə zəng et və qeydiyyatdan keç.

Bundan əlavə Sizi çox maraqlı və sürprizlərlə dolu bir gün gözləyir.

Nə vaxt? 25 aprel 2015-ci il

Harda? Nabran, "Samanyolu" təlim və istirahət mərkəzində

TURUN PROQRAMI :

07.00 – "Gənclik" metrosunun qarşısında toplanmaq
07.30 – Bakıdan çıxış
07.30 – 10.30 - Bakı-Nabran yolu (yolda qısa fasilə)
11.00-11.30 – Açıq havada Piknik, samovar çayı ərafında tanışlıq və ümumi qaydalar
11.30-14.00 – "Nariqlik Master Klas" və çıxışlar
14.00- 15.00 – Nahar fasiləsi - "Kabab Party"
15.00- 16.30 – "KomandoS" komanda oyunu
16.30 -17.00 – Çay Dəstgahi
17.00 - 18.30 – Əfsanəvi "Mafiya"
18.30 -19.00 – Yola hazırlıq"
19.00 -22.00 – Nabran-Bakı yolu

TURUN QİYMƏTİ :

Hər şey daxil cəmi – 26 AZN :)
Son qeydiyyat tarixi: 23 aprel 2015-ci il

Məbləğə daxildir:

- Hyunday Country markalı rahat avtobusla gediş-gəliş
- Nahar yeməyi və Samovar çayı
- "Natiqlik Master Klass" interaktiv seminar
- "KomandoS" komando oyunu
- Əfsanəvi "Mafiya"
- Musiqi, rəqs və yeni tanışlıqlar

Qeydiyyatdan keçmək üçün qaynar xəttimizə zəng etməyiniz kifayətdir.

055 433 99 19

Ətraflı məlumat üçün:

Leyla Haciyeva

Təşkilatı dəstək : Dream Group
İnformasiya dəstəyi : Tehsil.im - Təhsil və iş Elanları
Tərəfdaşlar : İnnovativ Təlim Mərkəzi & Refresh Psixologiya Mərkəzi

EVENT https://www.facebook.com/events/913407298719371/

P.S. Bu bir turizm xidməti deyil. Turun təşkilindən heç bir qazanc nəzərdə tutulmamışdır. Məqsədimiz ətrafımızda olan gənclərin asudə vaxtını səmərəli təşkil etmək və eyni zamanda dost şəbəkəmizi genişləndirməkdir.