DQMK yeni ümumi müsahibə elan etdi! | Təhsil Elanları
DQMK yeni ümumi müsahibə elan etdi!
Bölmə:Dövlət qulluğu 2099 dəfə oxunub
07.04.2015

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni ümumi müsahibə elan edilir

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2015-ci il 7 aprel tarixindən 6 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 19 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün ümumi müsahibə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) elan edir.
Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 14-ü mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və yerli təşkilatlarında, 5-i isə məhkəmə orqanlarındadır.
Ümumi müsahibədə aşağıdakı şəxslər iştirak edə bilərlər:
- vakant vəzifəni təqdim etmiş dövlət orqanında çalışan dövlət qulluqçuları (inzibati vəzifələrə uyğun ixtisas dərəcəsi olduqda),
- digər dövlət orqanlarında inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları (inzibati vəzifələrə uyğun ixtisas dərəcəsi olduqda),
- azı 5 il dövlət qulluğunda inzibati vəzifələrdə çalışmış şəxslər.
Ümumi müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu 7 aprel 2015-ci il tarixdən 27 aprel 2015-ci il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən aparılacaqdır. Sənədlər şəxsən yaxud poçt vasitəsilə təqdim edilə bilər.
Ümumi müsahibəyə dair ətraflı məlumat “Respublika” qəzetinin 7 aprel 2015-ci il tarixli sayında dərc edilmiş və 7 aprel 2015-ci il tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında -http://www.csc.gov.az/index.php/home/article/839 verilmişdir.