Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi başa çatdırılıb | Təhsil Elanları
Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi başa çatdırılıb
Bölmə:Dövlət qulluğu 1018 dəfə oxunub
06.04.2015

2014-cü il üzrə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə həmin ilin dekabrın 1-dən başlanılıb və cari ilin yanvar ayının 10-dək başa çatdırılıb.

Tehsil.im xəbər verri ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, dövlət orqanları üzrə xidməti fəaliyyətin qiymətləndirilməsi başa çatdırıldıqdan sonra qiymətləndirilmənin nəticələrinə dair yekun hesabat hazırlanaraq Komissiyaya təqdim edilib: “2014-cü il üzrə 35 mərkəzi icra hakimiyyəti orqanları və onlara bərabər tutulan orqanlar, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında olan icra hakimiyyəti orqanları, 75 yerli icra hakimiyyəti və 88 məhkəmə hakimiyyəti orqanları aparatlarında qulluq keçən dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı məlumatlar Komissiyaya təqdim olunub. Hazırda təqdim olunan məlumatların təhlili aparılır. Təhlil nəticəsində hesabat hazırlanaraq, Komissiyanın rəsmi internet saytında yerləşdiriləcək”. 

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 10 fevral 2014-cü il tarixli 021-Q nömrəli Qərarı ilə “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları” təsdiq edilib və keçən ilin mayından dövlət orqanlarında tətbiq edilməyə başlanıb.

İnzibati vəzifə tutan dövlət qulluqçusunun xidməti fəaliyyəti hər təqvim ilinin sonunda qiymətləndirilir.