14-cü Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi | Təhsil Elanları
14-cü Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi
Bölmə:Təqdimat və Sərgilər 1410 dəfə oxunub
04.04.2015

TRANSCASPIAN 2015
14-cü Beynəlxalq Nəqliyyat, 
Tranzit və Logistika Sərgisi

Sizi regionun nəqliyyat sahəsi üzrə aparıcı tədbiri - "Nəqliyyat, Tranzit və Loqistika" ("TransCaspian") sərgisində iştirak etməyə dəvət edirik.

"TransCaspian" sərgisi yükdaşıma şirkətlərinin yük sahibləri ilə görüşü üçün işgüzar platforma olmaqla yanaşı, nəqliyyat xidmətlərinizin Xəzər və Cənubi Qafqaz regionlarında təşviqi baxımından səmərəli vasitədir və geniş reklam kampaniyalarından istifadə üçün imkan yaradır. Hər il sərgiyə 2000-dən artıq peşəkar ziyarətçi gəlir və onlarında arasında müəssisə rəhbərləri, maddi-texniki təchizat üzrə menecerlər, habelə yüklərin daşınması və loqistikası üzrə cavabdeh şəxslər var. Sərgi həmçinin dəmiryol maşınqayırması üzrə fəaliyyət göstərən şirkətlərin "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərliyi ilə görüşü üçün ideal şərait yaradır. Bundan əlavə, sərginin daimi iştirakçıları arasında çay və dəniz limanları, eləcə də gəmiqayırma, kommersiya nəqliyyatı, maddi-texniki təchizat və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlər var.

"TransCaspian" sərgisi hər il təşkil olunan "Yol infrastrukturu və İctimai nəqliyyat" ("Road and Traffic") sərgisi ilə paralel keçirilir.

 

Dəstək

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi



Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK)



TRACECA

Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu

 

Sərgi sektorları

 

Nəqliyyat xidmətləri

Dəmiryol, avtomobil, su və hava nəqliyyatı ilə daşımalar, yüklərin göndərilməsi (ekspeditorluq), gömrük xidmətləri.

Maddi-texniki təchizat xidməti

Maddi-texniki təchizat mərkəzləri, anbar xidmətləri, yükləmə-boşaltma və anbar avadanlıqları, müvəqqəti saxlama anbarlarının sahibləri.

Dəmiryol nəqliyyatı

Hərəkət heyəti, konteynerlər; dəmiryolu avtomatikası və telemexanikası sistemləri; Komplektləşdirici hissələr və elektrikləşdirmə sistemləri.

İnformasiya texnologiyaları

Nəqliyyat və anbar loqistikasına nəzarət / idarəetmə üzrə informasiya sistemləri, naviqasiya və monitorinq sistemləri

Limanlar

Dəniz və çay limanları, liman infrastrukturu / kranları, hava limanları

Kuryer və ekspress çatdırma

Gəmiqayırma və gəmi təmiri

Maliyyə xidmətləri

Sığorta, nəqliyyat avadanlıqlarının lizinqi, sərmayə proqramları

 

TransCaspian 2014

 

İştirakçı şirkətlərin ümumi sayı - 104 (“Road and Traffic-2014” sərgisi də daxil olmaqla)

Ziyarətçilərin sayı - 1813

Ziyarətçilərin coğrafiyası – 25 ölkə

2014-cü ilin iştirakçıları arasında: ACCESS TRANS, AZƏRBAYCAN DƏMİR YOLLARI QSC, AZƏRBAYCAN XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ, BM LOGISTICS MMC, EGT EXPRESS, GA LOGISTICS, GÜRCÜSTAN DƏMİR YOLU, LATVİYA DƏMİR YOLU, LDZ CARGO, MURPHY SHIPPING, RAMTRANS GROUP MMC, ROSEN INTERNATIONAL LOGISTICS, TRANQAFQAZ TRANSPORT, ALSTOM,  TRANSMAŞHOLDINQ, LIEBHERR və digərləri.

Transcaspian 2014 hesabat