Dövlət orqanlarında təcrübə keçmək imkanı! | Təhsil Elanları
Dövlət orqanlarında təcrübə keçmək imkanı!
Bölmə:Dövlət qulluğu 2973 dəfə oxunub
03.04.2015

Tehsil.im xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil alan tələbələri “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində göstərilən dövlət orqanları istisna olmaqla, digər dövlət orqanlarında, o cümlədən də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada ödənişsiz təcrübə keçməyə dəvət edir.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil alan və gələcəkdə dövlət qulluğunda çalışmaq istəyən şəxslər Komissiyanın Beynəlxalq əlaqələr sektoruna müraciət edərək (465-87-93 (daxili: 109, 110, 139)) yay tətilləri müddətində dövlət orqanlarında təcrübə keçmək üçün qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat üçün ətraflı doldurulmuş tərcümeyi halı n.zeynalova@csc.gov.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Qeydiyyat üçün son müraciət tarixi 30 apreldir.