ADİU London İqtisadiyyat Məktəbinin diplomunu verəcək | Təhsil Elanları
ADİU London İqtisadiyyat Məktəbinin diplomunu verəcək
Bölmə:Xəbərlər 626 dəfə oxunub
02.04.2015

Aprelin 3-də Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) ilə dünyanın iqtisad yönümlü ən qabaqcıl ali məktəblərindən biri olan London İqtisadiyyat Məktəbi (LSE) arasında razılaşma memorandumu imzalanacaq.

ADİU-dan “Marja”ya daxil olmuş məlumata görə, sənədə əsasən tələbələr Azərbaycanda Avropanın ən nüfuzlu iqtisadiyyat məktəbinin bakalavr diplomunu ADİU-da əldə etmək şansı qazanacaqlar.