Facebookda pul qazanma imkanı | Təhsil Elanları
Facebookda pul qazanma imkanı
Bölmə:Xəbərlər 509 dəfə oxunub
29.03.2015

osial şəbəkədə reklamdan pul qazanmaq imkanı daha da artacaq

Facebook-a yüklənən videolar bundan sonra tək şəbəkə daxilində paylaşılmayacaq, başqa saytlara da yüklənə biləcək.

ANS PRESS-in məlumatına görə, artıq facebook-da videolar "embed" kodu ilə paylaşıla biləcək. Bu yolla istifadəçilərin pul qazanmaq imkanı olacaq. Tezliklə aktivləşdirilməsi gözlənilən bu funksiya sayəsində facebook-da paylaşılan videolar tək sosial şəbəkə daxilində deyil, digər saytlara da yüklənə biləcək. Bu paylaşılan videoların üzərinə reklamlar da yerləşdirilə biləcək. Bu da facebook istifadəçilərinə reklamdan da pul qazanmaq imkanı yaradacaq.

Qeyd edək ki, indiyədək facebook-a yüklənən videolar yalnız şəbəkə daxilində paylaşıla bilirdi. Lakin "embed" kod vasitəsilə facebook-a yüklənən video başqa saytlarda da yüklənə biləcək.