Bu saat nə qədər ömrünüzün qaldığını göstərir | Təhsil Elanları
Bu saat nə qədər ömrünüzün qaldığını göstərir
Bölmə:Xəbərlər 545 dəfə oxunub
26.03.2015

“Apple Watch” üçün hazırlanan “Life Clock” tətbiqetməsi nə qədər ömrümüz qaldığını göstərəcək. 

“Life Clock” adlı tətbiqetmə ümumi sağlamlıq göstəricilərini nəzərə alaraq istifadəçinin qalan ömrünü hesablayır və saat o ana doğru irəliləyir. 

İdman etdikdə, sağlam qidalandıqda saatlar, günlər uzanır. Yüngül bir salat yeyəndə həyatınız 36 dəqiqə artır, siqaret çəkəndə isə əksinə, ömrünüz 25 dəqiqə azalır. 

Bununla “Apple Watch” istifadəçilərinə “həyatınız öz əlinizdədir” mesajını verməyi və sağlam həyat tərzini təbliğ etməyi hədəfləyir. (axsam.az)