Bölmə:Təlimlər / Trainings 2348 dəfə oxunub
Vətəndaş Həmrəyliyi Partiyası Gənclər Təşkilatı tanınmış spiker Ruğu Rügzö`nün (Həbib Heydər) təlimçiliyi ilə “Debat Master-Klass Təlimləri” layihəsini təqdim edir.
Məişətdən tutmuş təhsil və iş həyatımıza qədər, küçədən tutmuş rəsmi tədbirlərə kimi bir çox yerdə müxtəlif dünyagörüşü və fərqli intellekt səviyyəsinə malik insanlar və auditoriyalar qarşısında fikirlərimizi çatdırmalı oluruq. Bir çox hallarda isə fikirlərimizlə razılaşmayan şəxslər bizə opponentlik edir. Beləliklə, həyatımızın hər sferasında debat ortaya çıxır. Bizim uğur qazanmağımız isə bu debatlarda öz sözümüzü deyib-deyə bilməməyimizdən asılı olur.
Bəs debat aparmaq üçün biz nəyi bilməliyik? Fikirlərimizi necə əsaslandırmalıyıq? Qarşı tərəfin fikirlərini necə rədd edə bilərik? Sual-cavab texnologiyasının incəlikləri nədən ibarətdir? Ritorik keyfiyyətlər və natiqlik bacarıqlarının polemika aparılmasında və debat mədəniyyətində nə kimi yeri var? Bu və digər mühüm suallara professional cavablar almaq istəyirsinizsə, layihəyə buyurun.
Təlimlərdə aşağıdakı məsələlərə diqqət ayrılacaq:
-Debat və tipologiyası
-Kvintet prinsipi
-Mövzu, Əsas Anlayışlar, Piramida yanaşması
-Arqumentasiya
-Homer prinsipi.
-Kauzallıq və İntensionallıq əlaqəsi
-R.R. piramidası
-Təkzib və səviyyələri
-Təkzibdə 25 qayda
-Dəstəkləmə etikası
-Effektiv sual-cavab texnikaları
İŞTİRAK ÖDƏNİŞSİZDİR
Təlimçi: Ruğu Rügzö
Təlimçi haqda arayış:
Debat sahəsində 8 illik təcrübəyə malikdir.
Azərbaycanın ilk 2 debat formatının müəllifidir (QD, KD)
Debat oyunlarının sayına və qələbə nisbətinə görə ən reytinqli spikerlərdən biridir.
Aktivində 85-dən artıq debat və yalnız 10 məğlubiyyət var.
Debat və əlaqəli sahələr üzrə 4.000-ə yaxın iştirakçıya təlimlər keçib.
Tarix: 4-5 və 11-12 aprel, 2015-ci il
Saat: 12:00-15:30
Son qeydiyyat tarixi: 02 aprel, 2015-ci il
Qeydiyyat linki: http://goo.gl/Z6pSou
Əlaqə: 055 494 60 30; 055 684 06 36
Təlimlər VHP Qərargahında keçiriləcəkdir.
Ünvan: AZ1025 Bakı şəh., X.Rüstəmov küç., 1210-cu məhəllə