SAT imtahanına qeydiyyat davam edir | Təhsil Elanları
SAT imtahanına qeydiyyat davam edir
Bölmə:Tələbə qəbulu 890 dəfə oxunub
20.03.2015

TQDK tərəfindən növbəti SAT imtahanının keçirilməsi 2015-ci il mayın 2-də nəzərdə tutulur. İmtahanda iştirak etmək istəyənlərin qeydiyyatı davam edir və son müraciət vaxtı aprel ayının 7-si saat 09:00-da bitəcək. 

TQDK-nın “College Board” saytında qeydiyyatdan keçmiş test mərkəzinin kodu 60129 –dur. Qeydiyyatdan keçmək üçün keçid: http://tqdk.gov.az/en/international-partnerships/sat/

İmtahan may ayının 2-də saat 08.30-da TQDK-nın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1A (xəritəyə keçid) ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasilələrsiz).İmtahanda iştirak edəcək şəxslər saat 07.45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar və imtahana gecikən şəxslər imtahan zalına buraxılmayacaqlar. 

Qeyd edək ki, SAT imtahanı şagirdlərin oxuma, yazma və riyazi biliklərini yoxlayan standartlaşdırılmış beynəlxalq test imtahanıdır. SAT imtahanının nəticəsi ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul olmağa imkan verir.