Bakıda dövlət qulluğunda çalışan robot - VİDEO | Təhsil Elanları
Bakıda dövlət qulluğunda çalışan robot - VİDEO
Bölmə:Dövlət qulluğu 835 dəfə oxunub
18.03.2015

“Vətəndaşların təklif və şikayətlərini ünvanlaması mümkün olacaq”.

Bu gün 3 saylı “ASAN Xidmət” mərkəzində “ASAN Robot”un təqdimat mərasimi keçirilib. 

Oxu.Az xəbər verir ki, “Mr. ASAN” adlandırılan robot haqqında “ASAN Xidmət”in İnformasiya Təminatı şöbəsinin müdiri Anar Hüseynov məlumat verib və bildirib ki, gələcəkdə bu qurğu bütün “ASAN Xidmət” Mərkəzlərində əhaliyə xidmət edəcək: 

12 mart 2015-ci il tarixində Bərdə rayonunda sayca 8-ci “ASAN Xidmət” mərkəzininin rəsmi açılış mərasimində növbəti innovativ layihənin ölkə başçısına təqdimatı oldu. Budəfəki layihə “ASAN Robot” idi. Belə ki, “ASAN Xidmət” mərkəzlərinə müraciət edən vətəndaşlarımız arasında bu robot vasitəsilə rəy sorğularının keçirilməsi, vətəndaşların müraciət və təkliflərinin qeydə alınması, həmçinin onların bu robot vasitəsilə “ASAN Xidmət”in Çağrı mərkəzi ilə əlaqə saxlayıb suallarını, təklif və şikayətlərini ünvanlaması mümkün olacaq. “Mr. ASAN”-ın gələcəkdə bütün “ASAN Xidmət” mərkəzlərində tətbiq edilməsi nəzərdə tutulub. 

A.Hüseynov vurğulayıb ki, robotun digər innovativliyi onun dövlət qurumları arasında ilk dəfə olaraq xidmət sahəsinə tətbiq olunmasıdır: 

“Artıq bu robot vasitəsilə dövlət agentliyinin nəzarət və qiymətləndirmə şöbəsinin əməkdaşları, yaxud da birbaşa Dövlət Agentliyinin sədrinin iştirakı ilə bu robot mərkəzlərdə vətəndaşlar arasında rəy sorğuları keçirəcək. ASAN Xidmət”in xidmət coğrafiyası genişlənir, buna baxmayaraq robotun köməyilə əməkdaşlarımız Bakıda ola-ola müxtəlif regionlarda sorğular keçirə biləcəklər”.