Xaricdə Təhsil Sərgisi | Təhsil Elanları
Xaricdə Təhsil Sərgisi
Bölmə:Təqdimat və Sərgilər Xaricdə Təhsil 2835 dəfə oxunub
17.03.2015

Təhsil sahəsində 15 ildən çox təcrübəsi olan, Türkiyənin ən məşhur təhsil sərgiləri təşkilatçısı Edufairs və Azərbaycanın xaricdə təhsil sahəsində ən köklü şirkətlərindən biri olub gənclərə daim dəstək olan, Türkiyənin və dünyanın bir çox universitetləri ilə əməkdaşlıq edən “Empati Group” Təhsil Mərkəzi, Azərbaycan gənclərini və dəyərli valideynləri 28-29 Mart tarixlərində, müasir Azərbaycanın simvollarından sayılan Alov qüllələrində (Flame Towers, Fairmont hotel) baş tutacaq 2.Beynəlxalq Təhsil sərgisinə dəvət edir.

Edufairs Beynəlxalq təhsil sərgiləri bu il Türkiyənin İstanbul, Ankara və İzmir şəhərlərində, Misirin Qahirə şəhərində, Qazaxıstanın Almata və Astana şəhərlərində, Azərbaycanın Bakı şəhərində keçiriləcəkdir. Sərgi 28 Mart şənbə və 29 Mart bazar günləri saat 13:00-dan, 17:00-a qədər açıq olacaqdır. Bu sərgi vasitəsi ilə xaricdə təhsil almağa marağı olan orta məktəblilər, universitet tələbələri, bakalavr pilləsini başa vurub magistr təhsili ilə maraqlanan gənclər və xaricdə doktorantura təhsili almaq istəyən namizədlər müxtəlif ölkələrdəki universitetlərin, sertifikat proqramlarının rəhbərləri, dil kursları və yay məktəblərinin təmsilçiləri ilə birbaşa ünsiyyət qurmaq imkanı əldə edəcəklərdir. Belə ki, sərgidən sonra püşk atma yolu ilə seçiləcək 1 iştirakçıya Maltada 2 həftə hər şey daxil İngilis dili kursu paketi, 3 iştirakçıya da Empati Group Təhsil Mərkəzinin peşəkar İngilis dili müəllimlərinin tədris edəcəyi 3 aylıq ödənişsiz İngilis dili paketi hədiyyə olunacaqdır. Bundan başqa sərgidə iştirak edənlərə müxtəlif hədiyyələr də təqdim olunacaqdır. Arzu edən təhsil həvəskarları sərgi müddətində də birbaşa sərgiyə qatıla biləcəklər. Sərgimiz qeyd olunan saatlarda bütün xalqımıza açıq olacaqdır.

Qeydiyyat üçün siz Empati Group Təhsil Mərkəzi ilə əlaqə saxlaya Tel: (012) 498-67-48; (070) 490 00 40; (055) 646 18 56; (050) 241 01 89; və ya www.edufairsglobal.com/az linkindən online qeydiyyat formunu dolduraraq qeydiyyatdan keçə bilərsiniz.

Sərgimizə qeydiyyat ÖDƏNİŞSİZDİR.