Peşə liseylərinin sonuncu sinfində təhsil alan şagirdlərin nəzərinə! | Təhsil Elanları
Peşə liseylərinin sonuncu sinfində təhsil alan şagirdlərin nəzərinə!
Bölmə:Tələbə qəbulu 651 dəfə oxunub
12.03.2015

Peşə liseylərinin sonuncu sinfində təhsil alan şagirdlərin nəzərinə!

TQDK martın 15–də ölkənin bütün peşə liseylərinin sonuncu sinfində təhsil alan şargirdlər üçün buraxılış imtahanı keçirəcək.
İmtahan bütün binalarda eyni vaxtda – saat 12:00-da başlanacaq və 2 saat 45 dəqiqə müddətində aparılacaqdır.

Şagirdlər imtahana gələrkən aşağıdakı sənədləri gətirməlidirlər: 
1. İmtahana buraxılış vərəqəsini; 
2. Şəxsiyyəti təsdiq edən sənədin əslini: 
a) Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqəsini; 
b)Azərbaycan Respublikasının vətəndaşlığı olmayan şəxslər Miqrasiya Xidmətinin qeydiyyat vəsiqəsini, qaçqın statusu almış xarici ölkə vətəndaşları qaçqın vəsiqələrini.

Buraxılış imtahanlarında şagirdlərin fənlər üzrə qiymətləndirilmə meyarları iləhttp://tqdk.gov.az/news/school-leaving/998/ linkinə daxil olaraq tanış ola bilərsiniz.